
Atatürk Universitetinin rektoru ADPU-ya səfər edib
Tələbə-müəllim mübadiləsi və ortaq elmi layihələrin inkişaf perspektivləri barədə məlumatlar üçün direktor.az-a abunə olun. Elm, pedaqogika və ali təhsil idarəçiliyi sahəsindəki ikitərəfli görüşlərdən, rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Türkiyənin Atatürk Universitetinin rektoru, professor Əhməd Hacımüftüoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə ziyarət edib.
Direktor.az AZƏRTAC-a isyinadla xəbər verir ki, professor Əhməd Hacımüftüoğlu ilə görüşən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edib. Görüşdə ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Tədris departamentinin direktoru dosent Sənan Əliyev və Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov da iştirak ediblər.
Görüş zamanı Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi, eləcə də akademik və tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər ali təhsil və elm sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və hər iki universitetin akademik potensialından birgə istifadə imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdən sonra professor Əhməd Hacımüftüoğlu ADPU-nun fəaliyyəti ilə tanış olub. Qonağa ADPU-da fəaliyyət göstərən Türkoloji Mərkəz, TÜRKSOY kafedrası və Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi haqqında məlumat verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin