
UNEC-in şəhidlik zirvəsinə ucalmış 27 tələbəsi
Ali təhsil müəssisələrində gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində atılan addımları, universitetlərin anım təşəbbüslərini və tarixi yaddaşın qorunmasına yönəlmiş tədbirləri izləmək üçün direktor.az-a abunə olun. Ali məktəb idarəçiliyi və ölkənin təhsil ocaqlarında keçirilən rəsmi anım proqramlarında xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Dövlət İqtisad Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilib.
Direktor.az xəbər verir ki, dərslərdə tələbələrə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində yazdıqları şanlı tariximizdən söz açılıb. Dərslərdə qəhrəman şəhidlərimizin qanı, canı bahasına başa gəlmiş bu qələbə ilə Azərbaycan xalqının misli görünməmiş şanlı qəhrəmanlıq salnaməsi yazdığı çatdırılıb.
Bu haqq savaşında UNEC-in şəhidlik zirvəsinə ucalmış tələbələrimizin, yüzlərlə məzunumuzun qəhrəmancasına döyüşdüyü bildirilib. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən UNEC-in tələbə və məzunlarını dərin ehtiramla yad edirik:
1. Şahverdiyev Böyükağa
2. Verdiyev İsax
3. İskəndərov Əhmədağa
4. Məmmədov Bəhruz
5. Mirzəliyev Aqil
6. Eyvazlı Məzdək
7. Kazımlı Mürsəl
8. Namətov Naib
9. Əsgərov Rüfət
10. Qarayev Süleyman
11. Şıxməmmədov Hikmət
12. Əsədli Əsəd
13. Məcidzadə Teymur
14. Hacıyev Ülvi
15. Qarayev Anar
16. Cəbizadə Əbil
17. Muradov Hüseyn
18. Zeynalov Teymur
19. Həmidov Mixail
20. Əliyev Eldar
21. Heybətov Ağaəmi
22. Quliyev Nofəl
23. Qarayev Məhəmməd
24. Ələkbərov Əli
25. Zalov Vidadi
26. Məmmədhəsənov Qasim
27. Fərhadlı Fərhad
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin