
Şəki-Zaqatala RTİ-də dəyirmi masa keçirilib
Regional təhsil strukturlarının fəaliyyətini, məktəblərdə vətənpərvərlik ənənələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, regionlarda təşkil olunan rəsmi anım tədbirlərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Şəki-Zaqatala Regional Təhsil İdarəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Direktor.az xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər. Görüşdə qeyd olunub ki, məhz 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfər tarixinin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və peşəkarlıq nəticəsində torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu. Çıxışlarda Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığından, onların Azərbaycan tarixində əbədi yaşayacaq şərəfli izindən söz açılıb.
Tədbirin sonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Ordumuz qürurumuzdur” adlı videoçarx nümayiş etdirilib.
Qeyd edilib ki, xalqımız və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar şəhidlərimizin müqəddəs xatirəsini yalnız 27 Sentyabr – Anım Günündə deyil, hər zaman böyük ehtiramla yad edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin