
Ümumtəhsil müəssisələrində elektron formada qiymətləndirməyə start verilib
Regionlardakı tədris monitorinqlərini, imtahan yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı rəqəmsal yeniliklər, qiymətləndirmə nəticələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 72 ümumtəhsil məktəbində Regional Təhsil İdarəsi tərəfindən elektron qiymətləndirmə prosesinin icrasına başlanılıb.
Direktor.az xəbər verir ki, bu barədə Şirvan-Salyan RTİ-dən bildirilib. Elektron formada monitorinq IV, VI və IX sinifləri əhatə edəcək. 11 noyabr 2026-cI il tarixində IV sinif şagirdləri arasında Azərbaycan dili və riyaziyyat fənləri üzrə qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmədə müvafiq məktəblər üzrə 3872 nəfər şagird cəlb olunmuşdur. Tədris ili ərzində qiymətləndirmənin 3 dəfə keçirilməsi nəzərdə tutulub.
Elektron qiymətləndirmənin keçirilməsində məqsəd şagirdlərin tədris prosesində əldə etdikləri bilik və bacarıqlarının mövcud vəziyyətini müəyyənləşdirmək, aşkar olunmuş gerilikləri vaxtında aradan qaldırmaq, zəruri tədbirlərin görülməsini təmin etmək, tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaqdır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

