
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası inklüziv təhsillə bağlı təlim keçirib
İnklüziv və xüsusi təhsil sahəsindəki ən son metodologiyaları, pedaqoji təcrübə mübadilələrini izləmək üçün direktor.az-a abunə olun. Müəllimlərimizin peşəkar inkişafına yönəlmiş təlimlər, innovativ tədris layihələrindən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Bakı şəhəri 223 nömrəli tam orta məktəbdə “Neyromüxtəliflik və inklüziv təhsil” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Direktor.az xəbər verir ki, təlimin təşkilatçısı AGMA-nın Bakı şəhəri üzrə koordinatoru Gülüzə Mehdiyeva olub. Təlimə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin və “Birgə və Sağlam” İctimai Birliyinin mütəxəssisləri dəvət olunublar.
Təlimdə pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmova, “Birgə və Sağlam” İctimai Birliyinin koordinatoru Fidan Nəsibova və Bakı şəhəri 223 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Sevda Həmidova iştirak ediblər.
Təlim zamanı iştirakçılara neyromüxtəliflik anlayışı, inklüziv təhsilin əsas prinsipləri, eləcə də sinif mühitində fərqli öyrənmə ehtiyaclarına malik şagirdlərlə işin nəzəri və praktik aspektləri barədə ətraflı məlumat verilib. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və müvafiq məsələlər müzakirə olunub.
Təlimin əsas məqsədi müəllimlərin inklüziv təhsil sahəsində nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirmək, neyromüxtəlif şagirdlərin fərdi xüsusiyyətlərini və ehtiyaclarını daha dərindən anlamaq, həmçinin tədris prosesində hər bir şagirdə fərdi yanaşmanın tətbiqini təşviq etmək olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

