
AzMİU-da tanınmış heykəltəraşla görüş keçirilib
Tələbələrin dünyagörüşünü artıran layihələri, ustad dərslərini və ali təhsil məkanındakı mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki tələbə fəaliyyətləri, maraqlı görüşlərdən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsinin 116 R qrupunun tələbələri “Korifeylər” layihəsi çərçivəsində Xalq rəssamı, akademik, tanınmış heykəltəraş Ömər Eldarovun emalatxanasında qonaq olublar.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. AzMİU Dizayn fakültəsi Təsviri incəsənət kafedrasının müəllimi, layihənin rəhbəri Namiq Hüseynovun rəhbərliyi ilə baş tutan ekskursiyada tələbələrimiz sənətkarın qonağı olub, onun yaradıcılığı, sənət fəaliyyəti və əsərləri ilə tanışlıq imkanı qazanıb, dəyərli tövsiyələr alıblar.
Görüşün maraqlı məqamlarından biri isə Ömər Eldarovun 100 illik yubileyi münasibətilə çəkilən sənədli filmə tələbələrlə görüşün bir hissəsinin daxil edilməsi olub.
Qeyd edək ki, “Korifeylər” layihəsinin əsas məqsədi Azərbaycanın elm, mədəniyyət və incəsənət sahələrində tanınmış nümayəndələri ilə tələbələrin birbaşa ünsiyyətini təmin etmək, onların peşəkar təcrübəsindən, tövsiyələrindən yararlanmaqdır. Layihə çərçivəsində universitetdə, eləcə də tanınmış şəxsiyyətlərin emalatxana və studiyalarında görüşlərin təşkili nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

