
Qarabağ Universitetinin tələbələri Zəfər Parkını ziyarət ediblər
Ali təhsil həyatını, vətənpərvərlik layihələrini və təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarında keçirilən silsilə tədbirlər, gənclərin fəaliyyətlərindən məlumatlı olmaq üçün bizi izləyin.
8 Noyabr – Zəfər Günü münasibətilə Qarabağ Universitetinin tələbələri Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Ziyarət çərçivəsində tələbələr Zəfər Muzeyində nümayiş etdirilən ekspozisiyalarla tanış olub, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəni, xalqımızın qəhrəmanlıq və mübarizə tarixini əks etdirən materiallar haqqında məlumat əldə ediblər.
Ziyarət gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tarixi yaddaşın yaşadılması və Zəfər tariximizin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
