
AzMİU-da texnologiya və innovasiya mövzusunda tədbir keçirilib
Ali təhsil müəssisələrində elmi cəmiyyətlərin fəaliyyəti və maarif-təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı aktual seminarlar, ekspert təcrübələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universiteti Memarlıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə memarlıqda texnologiya və innovasiyanın rolu mövzusunda maarifləndirici tədbir keçirlib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbirdə “Placemaking Azerbaijan” təşkilatının qurucusu və direktoru Aytən Hüseynli çıxış edərək memarlıq sahəsində müasir texnologiyaların tətbiqi və innovativ həllər barədə ətraflı məlumat verib, öz təcrübə və fikirlərini tələbələrlə bölüşüb. Tədbir tələbələrin memarlıq sahəsindəki yeniliklərlə tanış olması, yeni biliklər əldə etməsi və fərqli yanaşmalar barədə məlumatlanması baxımından faydalı olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

