
Şəki-Zaqatala RTİ-nin tabeliyindəki məktəblərdə “Təbiət fənn aylığı” keçirilib
Məktəblilərin ekoloji dünyagörüşünü artıran təşəbbüsləri, regional təhsil layihələrini və tədris prosesindəki innovativ addımları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, məktəb ekosistemi və ölkəmizin maarif sistemində baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində oktyabr ayı ərzində V–VI sinif şagirdləri üçün “Təbiət fənn aylığı” təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala RTİ-dən bildirilib. Aylıq çərçivəsində şagirdlər təbiət elmləri üzrə bilik və bacarıqlarını nümayiş etdirmək, nəzəri biliklərini praktikada tətbiq etmək, təbiət hadisələrini daha yaxından öyrənmək və ekoloji biliklərini artırmaq imkanı əldə ediblər. Müxtəlif interaktiv fəaliyyətlər, təcrübələr, müşahidələr, bilik yarışları və ekskursiyalar vasitəsilə şagirdlərin fənnə marağının artırılmasına xüsusi diqqət yetirilib.
Region üzrə ümumilikdə 730 tədbir təşkil olunub və 14 225 nəfər iştirak edib. Tədbirlər çərçivəsində 190 açıq dərs, 115 bilik yarışı, 92 sərgi və stend, 107 eksperiment, 50 müsabiqə, 58 debat və təbiət qoynuna 124 ekskursiya keçirilib.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində noyabr ayında “Riyaziyyat-İnformatika fənn aylığı” keçiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

