
AzMİU tələbələri Milli İncəsənət Muzeyini ziyarət ediblər
Ali məktəblərdə nəzəri tədrisin mədəni-təcrübi dərslərlə zənginləşdirilməsi, tələbələrin yaradıcı inkişafını izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarımızın fəaliyyəti, ekskursiyalardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsinin I kurs tələbələri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.
Direktor.az xəbər verir ki, ziyarət çərçivəsində tələbələr muzeyin “Azərbaycan incəsənət xəzinəsi”, “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiyaları, eləcə də Qərbi Avropa, rus və Şərq ölkələrinin incəsənət nümunələri ilə tanış olublar. Ekskursiya zamanı tələbələr müxtəlif dövrlərə aid rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət nümunələri ilə tanış olub, əsərlərin bədii xüsusiyyətləri və tarixi-mədəni əhəmiyyəti haqqında məlumat əldə ediblər.
Qeyd edək ki, belə maarifləndirici ziyarətlər AzMİU-da təhsil alan gələcək memarların estetik dünyagörüşünün zənginləşməsinə, memarlıq və incəsənət arasındakı əlaqələrin daha dərindən mənimsənilməsinə töhfə verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin