
BDU tələbələri Bakı Zooloji Parkında dərslər keçirilib
Ali məktəblərdə praktiki tədris prosesi və universitetlərimizin fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarının yenilikləri, tələbə təcrübələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekologiya” ixtisası üzrə IV kurs tələbələrinin “Biomüxtəlifliyin qorunması” fənninin mühazirə və məşğələ dərslərini Bakı Zooloji Parkında keçirilib.
Direktor.az xəbər verir ki, bu Bioekologiya kafedrasının müəllimi, Bakı Zooloji Parkının direktoru Nəzakət İsayevanın təşəbbüsü ilə baş tutub.
Dərs zamanı tələbələrə biomüxtəlifliyin qorunmasının əhəmiyyəti, nadir heyvan növlərinin mühafizəsi və onların təbii yaşayış mühitinin qorunması barədə ətraflı məlumat verilib. Tələbələr balıqlar və sürünənlər sinfinə aid müxtəlif heyvan növlərini əyani şəkildə müşahidə etmək imkanı qazanıblar. Bələdçinin müşayiəti ilə təşkil olunan ekskursiyada tələbələr Azərbaycan və dünya faunasının unikal nümunələri ilə tanış olub, onların bioloji xüsusiyyətlərini öyrəniblər. Həmçinin dərslərdə Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmiş, nəsli kəsilmək təhlükəsində olan heyvan növlərinin qorunması, populyasiyalarının bərpası və onların yenidən təbii mühitə qaytarılmasını hədəfləyən reintroduksiya proqramları barədə geniş məlumat verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin