
Özbəkistan nümayəndə heyəti İdman Akademiyasına səfər edib
Ali təhsil müəssisələrimizin beynəlxalq əlaqələri, elmi-tədqiqat layihələrini izləmək üçün direktor.az-a abunə olun. Ali məktəblərimizin fəaliyyəti, iqtisadi təhsildən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan İdman Akademiyasına Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetinin nümayəndə heyəti səfər edib.
Direktor.az xəbər verir ki, səfər çərçivəsində qonaqlara Akademiyanın fəaliyyəti, beynəlxalq əlaqələri, tədris prosesi və elmi-tədqiqat istiqamətləri haqqında ətraflı məlumat verilib. Özbəkistan təmsilçiləri İdman tibbi tədqiqatları laboratoriyası və MediaLabla tanış olaraq ASA-da yaradılmış təhsil və elmi mühiti yüksək qiymətləndirib.
Daha sonra ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva, elm və innovasiyalar üzrə prorektoru Nailə Kələntərlinin rəhbərliyi ilə Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Şukurjon Qaziyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
Həmçinin, idman elmləri sahəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, professor-müəllim heyəti arasında təcrübə mübadiləsinin təşviqi və beynəlxalq elmi tədbirlərdə qarşılıqlı iştirak məsələlərinə diqqət yetirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin