
Bakı Dövlət Universitetinin 9 fakültəsində dekan vəzifəsinə vakansiya elan edilib
Təhsil sahəsindəki işə qəbul proseslərini, vakansiya elanlarını izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların yerləşdirilməsi, rəsmi qeydiyyat tarixlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universiteti (BDU) Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələrində dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Müsabiqədə iştirak etmək üçün sənədlər 2026-cı il noyabrın 24-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində qəbul edilir.
Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

