
BDU-da müəllim heyəti üçün tədbir keçiriləcək
Ali təhsildə tədris metodikalarını, tələbəyönümlü yanaşmaları və universitetlərdəki inkişaf layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, akademik mühitdəki müasir standartlar və ölkəmizin maarif sistemində həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetində professor-müəllim heyəti və struktur bölmələrin əməkdaşları üçün “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Təlim proqramını BDU-nun Tədris prosesinin idarə olunması şöbəsinin müdiri Fərhad Aydınlı təqdim edəcək. Görüşdə müasir ali təhsildə tədrisin təşkili, tələbəyönümlü yanaşmalar və ənənəvi mühazirənin daha interaktiv və effektiv dərs formatına keçirilməsi məsələləri müzakirə olunacaq.
Professor-müəllim heyəti üçün təlim
16 oktyabr, saat 12:00-a BDU-nun 1 saylı tədris binası, 710 nömrəli auditoriyada baş tutacaq.
İnzibati heyətin əməkdaşları üçün isə təlim 20 oktyabr, saat 12:00-da BDU-nun 1 saylı tədris binası, 600 nömrəli auditoriyasında keçiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin