
AzMİU-da layihə idarəetməsi üzrə seminar keçirilib
Tələbələrin əmək bazarına hazırlanmasını, universitetlərdəki müasir seminar layihələrini və gənclər üçün yaradılan təcrübə imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi siyasəti və ölkəmizin maarif sistemində baş verən rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsinin tələbələri üçün layihə idarəetməsi və karyera inkişafına həsr olunmuş seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Seminarda inşaat mühəndisi, layihə idarəetməsi üzrə ekspert Mehmet Eğilmezler tələbələrlə görüşərək müasir layihə idarəetməsi yanaşmaları, əmək bazarının tələbləri və inşaat mühəndisləri üçün karyera imkanları barədə məlumat verib.
İnteraktiv formatda keçirilən seminarda layihə ilə əməliyyat arasındakı fərqlər, əmək bazarının mövcud vəziyyəti, layihə menecerləri üçün sertifikatlaşdırma imkanları müzakirə olunub.
Seminar çərçivəsində tələbələrin fəal iştirak etdiyi “Qüllə” interaktiv oyunu keçirilib. Komandalar layihəyə uyğun qüllə modeli hazırlayaraq planlaşdırma, komanda işi, resursların idarə edilməsi, vaxtın düzgün bölüşdürülməsi və qərarvermə bacarıqlarını tətbiq ediblər. Qalib gələn komanda üzvlərindən 5 tələbəyə "AutoCad", 1-nə isə CAPM təlimi hədiyyə edilib.
Tədbirdə "Predictive", "Agile" və "Hybrid" layihə idarəetmə yanaşmaları, onların inşaat sektorunda tətbiqi və inşaat mühəndisinin karyera yol xəritəsi barədə məlumat verilib. Seminarın sonunda tələbələrlə retrospektiv təhlil aparılaraq praktiki tapşırığın nəticələri və əldə olunan təcrübələr müzakirə edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin