
Gəncə-Daşkəsən RTİ-nin məktəblərində “Təbiət fənn aylığı” keçirilir
Məktəblilərin ekoloji dünyagörüşünü artıran təşəbbüsləri, regional təhsil layihələrini və tədris prosesindəki innovativ addımları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, məktəb ekosistemi və ölkəmizin maarif sistemində baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində oktyabr ayı "Təbiət fənn aylığı" olaraq davam edir.
Direktor.az xəbər verir ki, gənn aylığının keçirilməsində əsas məqsəd şagirdlərin təbiət fənlərinə marağının artırılması, nəzəri biliklərinin praktik fəaliyyətlərlə möhkəmləndirilməsi, müşahidə və tədqiqat aparmaq bacarıqlarının inkişaf etdirilməsi, həmçinin ekoloji düşüncə və ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasıdır.
Fənn aylığı çərçivəsində ümumi təhsil müəssisələrində müxtəlif açıq dərslərin, praktik məşğələlərin, təcrübələrin, layihə və təqdimatların keçirilməsi nəzərdə tutulur.
Təbiət fənn aylığı şagirdlərin öyrəndikləri bilikləri tətbiq etmələrinə, təbiətdə baş verən prosesləri daha yaxından müşahidə etmələrinə və elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin