
UNEC ilə Azərbaycan Qiymətləndiricilər Palatası arasında əməkdaşlıq
Ali təhsil müəssisələrinin biznes sektoru ilə qurduğu tərəfdaşlıqları, praktiki təlim layihələrini və tələbələrin inkişaf addımlarını izləmək üçün direktor.az-a abunə olun. İqtisadi təhsil siyasəti, universitetlərin innovativ təşəbbüsləri və ölkəmizin maarif sistemində həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
UNEC rektoru Ədalət Muradov ilə Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin Sədri Nüsrət İbrahimov arasında sənəd imzalanın.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Sənədə əsasən, tələbələr daşınmaz əmlak, biznes və qeyri-maddi aktivlərin qiymətləndirilməsi üzrə aktual mövzuların araşdırılmasında iştirak edəcəklər. Magistrantlar üçün elmi-tədqiqat yönümlü təcrübə proqramları təşkil ediləcək, tələbələrin AQP-nin üzv təşkilatlarında praktiki təcrübə keçməsi təmin olunacaq.
Tələbələrin karyera imkanlarının genişləndirilməsi məqsədilə UNEC-də AQP-nin fəaliyyəti, vakansiyaları və təcrübə proqramlarının təqdim olunduğu “Karyera günləri” keçiriləcək. Əməkdaşlığın digər istiqaməti qiymətləndirmə sahəsinə dair elmi-metodiki vəsaitlərin hazırlanması və ekspertizasıdır. UNEC-in akademik heyəti tərcümə olunmuş materiallara elmi və redaktə rəyləri verəcək, terminoloji uyğunluq və tərcümə keyfiyyətinin akademik ekspertizasını həyata keçirəcəklər.
Memorandum çərçivəsində UNEC Ömürboyu Təhsil Mərkəzi ilə AQP-nın birgə peşəkar təlimlər keçməsi də nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin