
İqtisadiyyat İnstitutunun təşəkilatçılığı ilə elmi seminar keçirilib
Elmi tədqiqatların inkişafını, təhsildə keyfiyyət standartlarını və akademik mühitdəki mühüm müzakirələri izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil idarəçiliyi, yeni analitik yanaşmalar və sistemdə həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “Müqayisəli iqtisadi tədqiqatlarda ikiqütblü ölçmələr: qeyri-səlis yanaşma və genişləndirilmiş normallaşdırma” mövzusunda elmi seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib. Hibrid formatda təşkil olunan seminarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Xanım Quliyeva da iştirak edib. Seminarda İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli müqayisəli iqtisadi tədqiqatlarda istifadə olunan ölçmə və qiymətləndirmə yanaşmalarından, qeyri-səlis məntiqin tətbiqi imkanlarından bəhs edib.
Seminar iştirakçılar üçün elmi müzakirə və fikir mübadiləsi baxımından maraqlı olub, təqdim edilən metodoloji yanaşmaların iqtisadi tədqiqatlarda tətbiqi imkanlarına dair müzakirələr aparılıb. Professor Nazim Müzəffərli çıxışı zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə də təşəkkürünü ifadə edib.
Bu kimi elmi tədbirlərdə iştirak müxtəlif qiymətləndirmə metodologiyaları və analitik yanaşmalarla tanışlıq, eləcə də elmi-tədqiqat mühiti ilə peşəkar əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin