
Qəbələ yataqxana xidmətindən yararlanan tələbələrlə görüş keçirilib
Peşə təhsilində tələbələr üçün yaradılan sosial imkanları, regional tədris müəssisələrinin fəaliyyətini və gənclərin inkişafına yönəlmiş təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, peşə məktəblərindəki yeniliklər və ölkəmizin maarif sistemindəki xəbərlər üçün bizi izləməyə davam edin.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında məskunlaşan tələbələrlə mərkəz rəhbərliyinin görüşü keçirilib.
Direktor.az xəbər verir ki, mərkəzin direktoru tələbələrə yataqxanada yaradılan şərait, təhsil müddətində onlar üçün mövcud olan imkanlar, tədrisin təşkili və tələbə həyatının səmərəli keçirilməsi barədə məlumat verib.
Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məsələsinə də diqqət çəkilib. Asudə vaxtlarında tələbələrin İT, idman, film saatları və müxtəlif əlavə dərnəklərdə iştirak etmələri, öz maraq və bacarıqlarını inkişaf etdirmələri tövsiyə olunub.Daha sonra tələbələrin yataqxana şəraiti, təhsil prosesi və gündəlik tələbə həyatı ilə bağlı fikir, təklif və təşəbbüsləri dinlənilib. Qeyd edək ki, hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında 27 rayondan 84 tələbə məskunlaşıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin