
BDU-da yeni akademiya yaradılıb
Ali təhsil müəssisələrində beynəlxalq qrant layihələri və texnologiyaların kommersiyalaşdırılması ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil sahəsindəki mühüm institusional dəyişikliklərdən, rəsmi qərarlardan və aktual hadisələrdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası təsis edilib.
Direktor.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən bildirilib. BDU-da elmi idarəetmə modelinin müasirləşdirilməsi və innovativ ekosistemin gücləndirilməsi istiqamətində əsaslı struktur dəyişikliyi həyata keçirilib. Universitetdə fəaliyyət göstərən Tədqiqat, İnkişaf və İnnovasiyalar Mərkəzi əsasında yeni institusional platforma — Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası təsis olunub.
Yeni yaradılan Akademiya universitetin müxtəlif elmi-tədqiqat mərkəzləri ilə laboratoriyalarını vahid strateji xətt üzrə birləşdirir. Qurumun başlıca məqsədi fizika, kimya, biologiya, riyaziyyat və kompüter elmləri kimi təbiət və dəqiq elmlər sahələrində çalışan alimlərin fəaliyyətini əlaqələndirmək, mövcud laboratoriya infrastrukturundan ortaq istifadəni təmin etmək və multidisiplinar tədqiqatları genişləndirməkdir. Bu yanaşma laboratoriyaların öz profilini saxlamaqla yanaşı, birgə qovşaq layihələr üzrə əməkdaşlığına və mürəkkəb elmi problemlərin həllinə zəmin yaradır.
İnstitusional islahatlar çərçivəsində Akademiyanın tərkibində iki mühüm struktur vahidi də formalaşdırılıb:
Beynəlxalq Qrant və Layihələr Mərkəzi universitet alimlərinin qlobal elmi konsorsiumlara, xarici proqram və layihələrə fəal inteqrasiyasını təşkil edəcək, qrantların cəlb olunması və layihələrin idarə edilməsi prosesini mərkəzləşdirilmiş qaydada dəstəkləyəcək.
Mövcud sektor əsasında yaradılan Texnologiyaların transferi şöbəsi isə alimlərin əldə etdiyi innovativ nailiyyətlərin, texnoloji həllərin və əqli mülkiyyətin hüquqi qorunmasını, patentləşdirilməsini və onların sənayeyə transfer edilərək kommersiyalaşdırılmasını təmin edəcək. Bu addım universitet-sənaye əlaqələrini möhkəmləndirməklə elmi nəticələrin birbaşa iqtisadi və praktik dəyərə çevrilməsinə xidmət göstərəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin