
BDU-nun tələbələri Kəpəz zirvəsinə yürüş ediblər
Ali təhsil müəssisələrində həyata keçirilən təşəbbüsləri, universitet həyatındakı fəallıqları izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil idarəçiliyi, universitetlərdə keçirilən rəsmi proqramlardan agah olmaq üçün bizi izləməyə davam edin.
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin magistrantları Ayla Axundova və Nərgiz İmamverdiyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə təşkil olunan yürüşdə iştirak ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Yürüş zamanı iştirakçılar 3066 metr hündürlükdə yerləşən və çətin relyefi olan Kəpəz zirvəsinə qalxıblar.
Yürüş iştirakçıları zirvədə Dövlət Bayrağını ucaldıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin