
OYU-nun heyəti beynəlxalq tədbirdə iştirak edib
Ali təhsil müəssisələrində texnoloji təşəbbüslərini, tələbələrin rəqəmsal oyun və innovasiya ekosistemindəki uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərdə müasir texnologiyalar və təhsil idarəçiliyinə dair rəsmi xəbərlər üçün bizi izləməyə davam edin.
Odlar Yurdu Universitetinin nümayəndə heyəti Bakıda təşkil olunan prestijli "Xsolla Connect Baku" tədbirində fəal iştirak edib.
Direktor.az xəbər verir ki, tədbirdə Odlar Yurdu Universitetini Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü və "Odlar Yurdu Game Jam" hakatonunun qalibləri — Məhəmməd Məhərrəmli və Əşrəf Quliyev təmsil ediblər. Görüş çərçivəsində GameTech sahəsindəki son global yeniliklər, inkişaf perspektivləri və regional gaming ekosisteminin gələcəyi ətrafında geniş müzakirələr aparılıb. Tədbir yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradıb.
Odlar Yurdu Universiteti tələbələrinin GameTech və innovasiya ekosistemində fəal iştirakını dəstəkləməyə davam edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin