
"Bilikləri qiymətləndirilməyən şagirdlərə attestat verilməyəcək" - Nazir müavini
Məktəb daxili nizam-intizam tələbləri, şagirdlərin yekun attestasiya qaydalarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyinə dair ən son açıqlamalar, sahə üzrə aktual proseslərdən xəbərdar olmaq üçün bizi izləyin.
"X–XI siniflərdə geyim qaydalarına riayət etmədiyi üçün dərslərə davam etməyən və bilikləri qiymətləndirilməyən şagirdlərə attestat verilməyəcək".
Direktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib. Nazir müavini vurğulayıb ki, şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir.
"Qanunvericiliyə əsasən, səbəbindən asılı olmayaraq biliyi qiymətləndirilməyən şagirdlərə ümumi və ya tam orta təhsil haqqında attestatın verilməsi nəzərdə tutulmur", - deyə F.Qurbanov qeyd edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

