
Tibb Universitetində yenilik: yeməkxanada pəhriz menyusu hazırlanır
Ali təhsil müəssisələrində tələbələrin rifahına yönəlmiş layihələri, ölkəmizin sistemindəki mühüm hadisələr izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı yeniliklər, rəsmi qərarlardan məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universiteti (ATU) tələbələrin sağlamlığının qorunması və düzgün qidalanma vərdişlərinin təşviqi istiqamətində yeni təşəbbüsə start verib. Universitetin tələbə yeməkxanasında ilk dəfə olaraq xüsusi hazırlanmış 5 günlük pəhriz menyusunun tətbiqinə başlanılıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tələbələrin intensiv dərs qrafiki, imtahan stressi və bəzən nizamsız qidalanması onların sağlamlığına, xüsusilə də həzm sisteminə mənfi təsir göstərə bilən amillərdəndir. Bu reallığı nəzərə alan ATU-nun Qidalanma və tibbi ekologiya kafedrası tələbələrin sağlam və balanslaşdırılmış qidalanmasını təşviq etmək, həzm sistemi problemlərinin profilaktikasına töhfə vermək məqsədilə xüsusi menyu hazırlayıb.
Artıq tələbə yeməkxanasının mətbəxinə təqdim edilən və tətbiqinə başlanılan 5 günlük pəhriz menyusu yalnız nahar yeməklərini əhatə edir. Menyuda sağlam və yüngül qidalanma prinsiplərinə uyğun olaraq:
- buxarda və sobada bişirilən yeməklər;
- pəhriz şorbaları və yüngül sıyıqlar;
- müxtəlif meyvələrdən hazırlanan kompotlar (xoşab) yer alır.
“Sağlam qidalanma, sağlam gələcək” adlanan bu təşəbbüs çərçivəsində daha bir yenilik də tətbiq olunub. Belə ki, tələbələrin gündəlik qida rasionunun vitaminlərlə zənginləşdirilməsi məqsədilə yeməkxanada ilk dəfə müxtəlif çeşiddə meyvələr də təklif edilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

