
BMU-da Özbəkistan universiteti ilə təcrübə mübadiləsi aparılıb
Ali təhsil müəssisələrinin beynəlxalq təcrübə mübadiləsi, elmi-tədqiqat layihələrini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil ocaqlarımızın fəaliyyəti, texniki kadr hazırlığından xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Mühəndislik Universitetində (BMU) təcrübə mübadiləsində iştirak edən Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin nümayəndə heyəti Mexanika mühəndisliyi kafedrasının fəaliyyəti ilə tanış olub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Kafedranın müdiri Mahir Bəşirov qonaqlara tədris prosesinin təşkili, elmi-tədqiqat infrastrukturu və müasir tədris laboratoriyaları barədə məlumat verib. Eyni zamanda, kafedranın professor-müəllim heyəti ilə təcrübə mübadiləsi, mühəndislik sahələri üzrə birgə tədqiqatların aparılması və elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.Daha sonra Maliyyə Nazirliyinin Audit xidmətinin auditoru, kafedranın dosenti Eldar Axundov “Azərbaycan Respublikasında iqtisadiyyatın ümumi inkişaf istiqamətləri və bu sahədə əsas prioritetlər” mövzusunda çıxış edib. O, neft-qaz sənayesinin Azərbaycan tarixindəki rolundan, mühəndis kadrlarının hazırlanmasının əhəmiyyətindən, eləcə də onların elmi bilikləri praktik həllərə çevirərək ölkənin iqtisadi inkişafına töhfə verməsindən danışıb.
Tədbirin davamında Namangan Dövlət Texniki Universitetinin professoru Zokirjon Erkinov təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Təcrübə mübadiləsi iki universitet arasında akademik əlaqələrin inkişafına, professor-müəllim heyətinin və tələbələrin peşəkar təcrübəsinin artırılmasına, eləcə də birgə elmi fəaliyyətin təşviqinə xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin