
OYU-da maşın öyrənməsinin aeroşəkillərin emalında rolu müzakirə olunub
Ali təhsil müəssisələrində müasir texnologiyaların tədrisi, süni intellekt və kibertəhlükəsizlik üzrə elmi araşdırmaları izləmək üçün direktor.az-a abunə olun. Ali məktəblərimizin elmi nailiyyətlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasında elmi-metodiki seminar keçirilib. Seminarda texnika elmləri namizədi Camal İsmayılov “Maşın öyrənməsi və onun aeroşəkillərin emalında rolu” mövzusunda məruzə ilə çıxış edib.
Direktor.az xəbər verir ki, bu barədə OYU-dan bildirilib. Seminar zamanı maşın öyrənməsi texnologiyasının əsas xüsusiyyətləri, aeroşəkillərin emalında tətbiq imkanları və təsvirlərin avtomatlaşdırılmış təhlilində rolu diqqət mərkəzində olub. Qeyd edilib ki, maşın öyrənməsi metodları aeroşəkillərdə obyektlərin müəyyənləşdirilməsi, təsnifləşdirilməsi və təsvirlərdən faydalı məlumatların əldə olunması prosesində mühüm imkanlar yaradır. Bu texnologiyaların tətbiqi məlumatların daha səmərəli təhlilinə və emal proseslərinin təkmilləşdirilməsinə töhfə verir.
Elmi-metodiki seminar müasir informasiya texnologiyalarının aktual istiqamətlərinin öyrənilməsi, elmi biliklərin paylaşılması və universitetdə tədqiqat fəaliyyətinin inkişafı baxımından əhəmiyyət kəsb edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin