
BMU-da Özbəkistan universitetinin nümayəndələri ilə birgə dərs keçirilib
Türk dünyası ali təhsil müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsi, yaradıcı ixtisaslar üzrə tədris innovasiyalarını izləmək üçün direktor.az-a abunə olun. Ali məktəblərimizin beynəlxalq akademik əlaqələri, birgə tədris layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin professor-müəllim heyətinin Bakı Mühəndislik Universitetinə (BMU) təcrübə mübadiləsi məqsədilə həyata keçirilən ikihəftəlik səfəri çərçivəsində “Geyim dizaynı” ixtisası üzrə birgə dərs təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Dərsdə Namangan Dövlət Texniki Universitetinin Dizayn kafedrasının müdiri Matluba Nazarova müasir dövrdə geyim dizaynının və moda sənayesinin inkişaf tendensiyaları, bu sahə üzrə mütəxəssis hazırlığının xüsusiyyətləri barədə məlumat verib. O, rəhbərlik etdiyi kafedranın fəaliyyəti, “Geyim dizaynı” ixtisası üzrə tədris proqramı, tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsi üçün yaradılan imkanlar və sənaye ilə əməkdaşlığın qurulması istiqamətində görülən işlərdən bəhs edib. Matluba Nazarova tələbələrin hazırladıqları dizayn kolleksiyalarının festivallarda təqdim olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, etno-üslubda hazırlanan geyim kolleksiyalarında Mərkəzi Asiya ölkələrinin, eləcə də Azərbaycanın milli geyim elementlərinə yer verilir.
BMU-nun Memarlıq və inşaat fakültəsinin dekanı Nizami Əhmədov çıxışında Namangan Dövlət Texniki Universitetinin müxtəlif ixtisaslar üzrə professor-müəllim heyətinin BMU-ya səfərinin və bu çərçivədə təşkil olunan ortaq dərslərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Dekan geyim dizaynında milli-mədəni irsin müasir trendlərlə uzlaşdırılmasının, innovativ yanaşmaların tətbiqinin və tələbələrin yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsinin önəmini qeyd edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin