
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Qazax-Tovuz regional filialı fəaliyyətə başlayıb
Region məktəblərində çalışan gənc müəllimlər arasında şəbəkələşmə və təcrübə mübadiləsi, müasir tədris metodikalarının tətbiqini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki gənc kadrların təşəbbüsləri, regional idarəetmə yeniliklərindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) Qazax-Tovuz regional filialının fəaliyyətinə start verilib. Filial Şəmkir şəhərində yerləşən Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərəcək.
Direktor.az xəbər verir ki, filialın rəhbəri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şəmkir üzrə koordinatoru Validə Məmmədlidir.
Açılış çərçivəsində AGMA-nın fəaliyyət istiqamətləri və həyata keçirdiyi təşəbbüslər barədə təqdimat keçirilib. Tədbirdə Şəmkir Rayon Təhsil Sektorunun müdiri Elşən Əsgərov, AGMA-nın sədr müavini Səltənət Qurbanova, Assosiasiyanın koordinatorları və gənc müəllimlər iştirak ediblər.
Qazax-Tovuz regional filialının fəaliyyətə başlaması gənc müəllimlər arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil sahəsində innovativ yanaşmaların təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Filialın fəaliyyətə başlaması üçün yaradılan şəraitə və göstərilən dəstəyə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu əməkdaşlıq gənc müəllimlərin peşəkar inkişafına, yeni təşəbbüslərin reallaşdırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin