
Şəkidə intellektual bilik yarışı keçirilib
Region məktəblərində intellektual oyunlar, müəllim və şagirdlərin dünyagörüşünün, komanda ruhunun inkişaf etdirilməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizdəki intellektual yarışlar, regional layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və ETİHİ Şəki Şəhər Komitəsinin dəstəyi, Təhsil Oyunları Platformasının təşkilatçılığı, “Mide Azərbaycan”ın tərəfdaşlığı ilə “Halva, halva deməklə…” adlı ilk intellektual quiz yarışı keçirilib.
Direktor.az xəbər verir ki, Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan yarışda təhsil işçilərindən, eləcə də müxtəlif dövlət və özəl qurumlarda çalışan gənclərdən ibarət komandalar iştirak ediblər. 12 komandanın mübarizə apardığı yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın nəticələrinə əsasən, müəllimlərdən ibarət “Maestro” komandası I yerə, Şəki şəhər 8 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərindən ibarət “Ares” komandası II yerə, Şəki şəhər 18 nömrəli tam orta məktəbinin “Çələbi Xan” komandası isə III yerə layiq görülüb. Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin