
BŞTİ məktəblərdə yeni layihə həyata keçirir
Şagirdlərin ətraf mühitin qorunmasına yönəlmiş tədbirlərini, məktəb layihələrini və tədris prosesindəki innovativ addımları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, məktəb ekosistemi və ölkəmizin maarif sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Təbiət və memarlığın harmoniyası” layihəsi həyata keçirilir.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. Layihənin məqsədi məktəblilərin ekoloji maarifləndirilməsi, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, ekoloji problemlərin həllinə dəstək verilməsindən ibarətdir.
Layihə çərçivəsində məktəblərin həyətləri yaşıllaşdırılır və kiçik ölçülü oranjereyalar yaradılır. Həmçinin mövzu ilə bağlı maarifləndirici tamaşalar, səhnəciklər hazırlanır. Rkoloji konfranslar, “Dəyirmi masa”lar, intellektual müsabiqə və ekskursiyalar, aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici görüşlər təşkil olunur.
Bundan əlavə, “Təbii sərvətlər bizim əlimizdədir” adlı təqdimatlar hazırlanır, debatlar təşkil edilir, ekoloji guşələr və “Yaşıl sinif”lər yaradılır. Eyni zamanda sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşdırılması məqsədilə ekskursiya və tədbirlər, açıq havada dərslər təşkil olunur.
Həmçinin “Müstəqil Azərbaycanın təbii irsinə səyahət” adlı virtual və real ekskursiyalar təşkil olunur, istedadlı şagirdlər tərəfindən ətraf mühitin qorunması istiqamətində müxtəlif dillərdə materiallar hazırlanır və internet resurslarında yerləşdirilir.
Layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin