
Rektorlar Türkiyədə tədris ilinin açılışında iştirak ediblər
Türk dünyası universitetləri arasında qurulan strateji tərəfdaşlıqları, birgə tədris layihələrini və ali təhsil sahəsindəki qlobal inteqrasiya addımlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, beynəlxalq akademik əməkdaşlıqlar və ölkəmizin maarif sistemində həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyədə 2026–2027-ci tədris ilinin açılış mərasimi keçirilib.
Direktor.az xəbər verir ki, tədbir Ankarada Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov, Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev iştirak ediblər.
Tədbirdə çıxış edən Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar son illər ərzində ali təhsil sahəsində əldə olunan uğurlar və beynəlxalq əməkdaşlıqlardan danışıb.
O, türk ali təhsilinin beynəlmiləlləşməsində yeni mərhələyə keçildiyini bildirərək, universitetlərin akademik potensialının ortaq universitetlər, xaricdə həyata keçirilən proqramlar, tələbə və akademik heyətin mobilliyi, eləcə də tədqiqat əməkdaşlıqları vasitəsilə dünya ilə əlaqələndirildiyini söyləyib. Buna misal olaraq son illər Bakıda fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universitetini və digər türk dünyası universitetlərini göstərib. Tədir mükafatlandırma mərasimi ilə başa çatıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin