
BŞTİ-nə oktyabr ayında 15 533 müraciət daxil olub
Vətəndaş qəbulları, təhsil idarəçiliyi və maarif-təhsil sistemindəki bütün mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son rəsmi elanlar, vətəndaş müraciətləri və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 15 533 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 905 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 821 müraciət daxil olub.
BŞTİ-yə 4 229 sənəd (vətəndaşlar tərəfindən 1 720 ərizə, Elm və Təhsil Nazirliyindən 1 147, digər qurumlardan 415, tabelikdə olan təhsil müəssisələrindən 625 məktub və 322 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 578 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

