
DİM “Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim keçirib
Dövlət qulluqçularının peşəkar inkişafına yönəlmiş təlim layihələrini, rəsmi metodiki tövsiyələri izləmək üçün direktor.az-a abunə olun. Rəsmi-işgüzar yazışma standartları və sahə üzrə aktual yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 3 noyabr 2026-cı il tarixində yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün onlayn formatda “Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin əməkdaşları Zeynal Cabarov və Miranə Rüstəmli tərəfindən iştirakçılara Azərbaycan dili haqqında qısa məlumat, düzgün nitqin mahiyyəti və əhəmiyyəti, rəsmi-işgüzar üslubun tələbləri, dövlət sənədlərində ən çox rast gəlinən qrammatik və orfoqrafik səhvlər, rəqəmsal etiket və elektron yazışma qaydaları və s. məsələlər barədə ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

