
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Ölkəmizdə müəllim peşəsinin inkişafını, yeni məktəb quruculuğunu və təhsil sistemindəki aktual xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi və məktəb həyatı ilə bağlı xəbərlər üçün bizi izləyin.
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.
Direktor.az xəbər verir ki, xəbər verir ki, bu gün Azərbaycanda da müəllimlərin peşə bayramı qeyd olunur. Belə ki, 1966-cı il oktyabrın 5-də UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. Bu gün həmin sənədin imzalanmasından 60 il keçir.
Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 min 424 müəllim fəaliyyət göstərir. Son 25 ildə Azərbaycanda 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub. Son illərdə təqribən 600 məktəb binası tikilib və ya əsaslı təmir edilib. 2026–2027-ci tədris ilində 37 yeni təhsil müəssisəsi fəaliyyətə başlayıb.
2020-ci il 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıq göstərib. Bu müharibədə 20 təhsil işçisi şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif medallarla təltif edilib.
Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir. Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin