
Elçin Babayev: “Müəllimin peşəkar inkişafı şərtdir”
Müasir dövrdə təhsil sistemində müəllimin rolu, pedaqoqların mentorluq missiyası haqqında məlumatları saytımızdan əldə edin. Tələbələrin tənqidi düşüncə bacarıqlarının inkişafını, universitetlərdə rəqəmsal mühitin qurulmasını və təhsildə tətbiq olunan yeni çağırışları izləmək üçün direktor.az-a abunə olun.
Elçin Babayev: “Müasir müəllim yalnız informasiya mənbəyi deyil, tələbənin inkişafına istiqamət verən mentordur”.
Direktor.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı deyib.
Elçin Babayev bildirib ki, inkişafda olan təhsil sistemində müəllimin rolu da dəyişir. Onun sözlərinə görə, müasir müəllim yalnız informasiya ötürən deyil, tələbənin inkişafına istiqamət verən və müstəqil düşünməsini təşviq edən mentordur.
“Müasir müəllimin davamlı peşəkar inkişafı keyfiyyətli təhsilin əsas şərtlərindən biridir. Universitetlərin gücü isə yalnız auditoriyalarla deyil, laboratoriyalar, elmi mərkəzlər və rəqəmsal platformalarla da formalaşır. Təhsil və elmin inteqrasiyası tələbələrin tədqiqat bacarıqlarını inkişaf etdirir, yeni ideyaların və innovativ həllərin yaranmasına şərait yaradır. Gələcəyi yalnız texnologiyalar deyil, onları yaradan və düzgün tətbiq edən insanlar quracaq. Buna görə də savadlı, yaradıcı, çevik, müstəqil və tənqidi düşünən, yüksək məsuliyyət hissinə malik nəsil formalaşdırmalıyıq. Qarşımızda duran əsas vəzifə elmi biliklə texnologiyanı, təhsillə tədqiqatı, insan kapitalı ilə innovasiyanı paralel inkişaf etdirməkdir. Texnoloji inkişafın mərkəzində insanı, onun düşüncəsini, yaradıcılığını və məsuliyyətini qorumaq vacibdir. Çünki texnologiya cavab verə bilər, amma sual vermək, düşünmək və məsuliyyətli qərar qəbul etmək insanın üstünlüyüdür”.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin