
“Təhsil hər kəs üçün əlçatan və bərabər olmalıdır”- NAZİR
Təhsilin hər bir vətəndaş üçün əlçatan və bərabər olması, keyfiyyət standartlarının yüksəldilməsi və ölkə miqyasında həyata keçirilən təhsil hədəfləri barədə məlumatları saytımızdan əldə edin. Tədris imkanlarının genişləndirilməsini və təhsil sistemindəki yeni qlobal çağırışları izləmək üçün direktor.az-a abunə olun.
“Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir”
Direktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da deyib.
Nazir bildirib ki, yeddinci dəfə keçirilən forum təhsil sahəsində açıq müzakirələr üçün mühüm əhəmiyyət kəsb edir.
“Elm və Təhsil Nazirliyi olaraq çalışırıq ki, bu üç istiqamət – təhsilin əlçatan və keyfiyyətli olması, hər bir vətəndaş üçün bərabər imkanların yaradılması təmin edilsin. Bu imkanların həm bölgələrdə, həm paytaxtda, müxtəlif səviyyədə və səriştədə olan, fərqli qrupları təmsil edən vətəndaşlarımız üçün bərabər şəkildə yaradılmasına çalışırıq”.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin