
Bu il UNEC-in əcnəbi tələbə qəbulu üzrə statistikasında artım var
Əcnəbi tələbələrin qəbul statistikası, universitetlərimizin qlobal reytinqlərdəki mövqeyini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrinin nailiyyətləri, rəsmi statistikalardan xəbərdar olmaq üçün bizi izləyin.
2026–2027-ci tədris ilində UNEC əcnəbi tələbə qəbulu üzrə tarixinin ən yüksək nəticəsinə imza atıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Belə ki, UNEC-ə qəbul olan əcnəbi tələbələrin sayı 431 nəfərə yüksələrək 157,3 faiz artıb. Təhsil almaq üçün müraciət edənlərin sayı ötən illə müqayisədə 161,3 faiz artıb. Müraciət edənlərin isə 60,2 faizi qəbul edilib.
Qəbul göstəricilərindəki artım təhsilin hər iki səviyyəsində müşahidə edilib. Bakalavriatura üzrə əcnəbi tələbə qəbulu 51,7 faiz, magistratura üzrə isə 92,3 faiz artıb.
UNEC-in beynəlxalq tələbə coğrafiyası da genişlənib. Ötən illə müqayisədə UNEC-də təhsil alan əcnəbi tələbələrin mənsub olduqları ölkələrin sayı 25 faiz artaraq 30-a yüksəlib. Qəbul olunan tələbələrin 50,3 faizini qızlar, 49,7 faizini oğlanlar təşkil edir. Tələbələr UNEC-də Azərbaycan, türk, ingilis və rus dillərində təhsil alacaqlar. Əcnəbi tələbələrin ixtisas seçimində ən yüksək artım MBA proqramı üzrə qeydə alınıb, qəbul 2,8 dəfə yüksəlib. Maliyyə ixtisasına qəbul 2,3 dəfə, Biznesin idarə edilməsinə 2,1 dəfə, İnformasiya təhlükəsizliyi ixtisasına isə 1,7 dəfə artıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin