
Gəncə-Daşkəsən RTİ-nin məktəblərində “Uşaq hüquqları aylığı”na start verilib
Regional təhsil idarələrinin təşəbbüsləri, məktəblilər üçün maarifləndirici layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki sosial layihələr, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində uşaq hüquqlarının təbliği və müdafiəsi, şagirdlərin hüquqi maarifləndirilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Direktor.az xəbər verir ki, aylığın əsas məqsədi uşaqların hüquqları barədə məlumatlılığın artırılması, onların hüquq və azadlıqlarının qorunmasının təşviqi, eləcə də cəmiyyətdə uşaqlara diqqət və qayğının gücləndirilməsidir. Aylıq çərçivəsində şagirdlərin uşaq hüquqları ilə bağlı biliklərinin artırılması, hüquqi düşüncə və məsuliyyət hissinin formalaşdırılması, hər bir uşağın hüquqlarına hörmətlə yanaşılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin