
Buraxılış imtahanlarından azad ediləcək şagirdlərlə bağlı son tarix açıqlanıb
Məktəblərdə yekun attestasiya qaydaları, şagirdlərin elektron qeydiyyatı və təhsil sahəsindəki yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Ümumtəhsil müəssisələrinin idarə edilməsi, imtahan proseslərindən xəbərdar olmaq üçün bizi izləyin.
Ümumi təhsil müəssisələri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan psixoloji-tibbi pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilməli olan sağlamlıq imkanları məhdud buraxılış sinif şagirdlərinin siyahısını 29.01.2027-ci il tarixinə qədər Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər.
Direktor.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin təsdiqlədiyi ““Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə Təqvim Planı”nda qeyd edilib.
Təqvim Planına əsasən, fərdi və təhsilə aid məlumatlarının, həmçinin, əvvəlki tədris ili üzrə illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi (ilkin təsdiq) 02.11.2026 - 29.01.2027 tarixləri arasında həyata keçirilməlidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin