
Beyləqanda “Oxu klubu” nun üzvləri ilə görüş keçirilib
Məktəblərdə tədris prosesi, regional təhsil təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Ümumtəhsil məktəblərinin həyatı, maarifləndirici layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Beyləqan rayonu Dünyamalılar kəndi Əlibala Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış “Oxu klubu”nun üzvləri ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib. Görüş zamanı məktəbin direktoru Əli Quliyev klubun Əsasnaməsi ilə şagirdləri tanış edib, onun məqsədləri, əsas fəaliyyət istiqamətləri və qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verib. Şagirdlərlə mütaliənin əhəmiyyəti, kitab oxumağın dünyagörüşünün zənginləşməsindəki rolu, oxuduqları əsərləri təhlil etmək və fikirlərini sərbəst ifadə etmək bacarıqlarının inkişafı haqqında söhbət aparılıb.
Daha sonra klub üzvlərinə üzvlük vəsiqələri təqdim olunub. Bu addım şagirdlərin klub fəaliyyətinə marağının artırılması, onların mütaliəyə həvəsləndirilməsi və kitab oxumağın gündəlik vərdişə çevrilməsi baxımından əhəmiyyət daşıyır.
Görüşdə, həmçinin şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla oktyabr ayı ərzində oxuyacaqları kitabların siyahısı təqdim edilib. Bildirilib ki, seçilmiş əsərlər əsasında təşkil olunacaq müzakirələr, kitab təqdimatları və fikir mübadilələri şagirdlərin oxuyub-anlama, analitik düşünmə və nitq bacarıqlarının inkişafına kömək edəcək. Qeyd edək ki, “Oxu klubu”nun yaradılmasında əsas məqsəd məktəblilər arasında mütaliə mədəniyyətini təşviq etmək, kitaba marağı artırmaq, onların dünyagörüşünü zənginləşdirmək və təlim nailiyyətlərinin yüksəldilməsinə töhfə verməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin