
Dağlıq Şirvan RTİ-nin məktəblərində Müstəqillik Günü ilə əlaqədar tədbirlər keçirilib
Müasir tədris metodları, məktəb layihələrini izləmək üçün direktor.az-a abunə olun. Ümumtəhsil məktəblərinin həyatı, tədris yeniliklərindən xəbərdar olmaq üçün bizi izləyin.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar müxtəlif tədbirlər, dəyirmi masalar, bilik yarışları və maarifləndirici görüşlər keçirilib.
Direktor.az xəbər verir ki, tədbirlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi yol, milli dövlətçilik ənənələrimiz və müstəqilliyimizin qorunub saxlanılmasının əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verilib. Dəyirmi masa və müzakirələr zamanı müstəqil Azərbaycanın inkişaf mərhələləri, dövlətçilik tariximiz və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin