
Tovuz STEAM Mərkəzinə şagirdlər üçün ekskursiya təşkil olunub
Məktəblərdə tədris prosesi, şagirdlərin yeni bilik və bacarıqlar qazanmasını izləmək üçün direktor.az-a abunə olun. Məktəb həyatı və maarif sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Tovuz rayonu Rafayel İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin və Tovuz şəhər Nəsrəddin Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin şagirdləri Tovuz STEAM Mərkəzində olublar.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Ekskursiya zamanı şagirdlər STEAM təhsili, müasir texnologiyalar, robototexnika, proqramlaşdırma və mühəndislik sahələri ilə yaxından tanış olublar.
Belə maarifləndirici ekskursiyalar şagirdlərin elmə və texnologiyaya marağının artırılmasına, yaradıcı və tənqidi düşünmə, eləcə də araşdırma bacarıqlarının inkişafına töhfə verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin