
OYU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
Ali təhsil müəssisələrində tələbə həyatı, universitetlərarası tələbə inteqrasiyasını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki tədris prosesi, tələbə təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Akt zalında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarına Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx təqdim olunub.
Daha sonra Odlar Yurdu Universitetinin Tədris işləri üzrə prorektor, dosent Qabil Qafarov çıxış edib. Çıxışda Azərbaycanın dövlət müstəqilliyinin əhəmiyyəti, milli dövlətçilik ənənələrinin qorunması və müstəqilliyin gələcək nəsillərə ötürülməsinin vacibliyi ilə bağlı fikirlərin səsləndirilməsi tədbirin əsas məzmun istiqamətlərindən biri olub. Sonda birinci kurs tələbələri və Qızlar Universitetindən Odlar Yurdu Universitetinə köçürülən tələbələr arasında keçirilən “İstedad sorağında” müsabiqəsinin qaliblərinə mükafatları təqdim olunub. Mükafatlandırma mərasimində Təbiət və Texnologiyalar fakültəsinin dekanı dosent Sevinc Məhərrəmova, Humanitar Təhsil və Dillər fakültəsinin dekanı dosent Nuridə Muxtarzadə, Pedaqoji ixtisaslar fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru Aygün Qarayeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı professor Əli Əlirzayev, eləcə də İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı Aydın Əliyev iştirak edərək qalibləri mükafatlandırıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin