
SDU-da minifutbol yarışları keçirilir
Ali təhsil müəssisələrində tələbə həyatı və universitet tədbirlərini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki tələbə təşəbbüsləri, kollec və ali məktəb fəaliyyətlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetində (SDU) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş minifutbol yarışlarına start verilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və universitetin İdman Klubunun təşkilatçılığı ilə keçirilən yarışda SDU-nun fakültələrini və Sumqayıt Dövlət Texniki Kollecini təmsil edən 6 komanda iştirak edir. Açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxışında Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən danışıb, idman yarışlarının tələbələr arasında sağlam həyat tərzinin təşviqi və komanda ruhunun gücləndirilməsində rolunu vurğulayıb.
Afina Olimpiadasının bürünc mükafatçısı, “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-nin direktoru Fuad Aslanov isə gəncləri qarşılarına məqsədlər qoymağa, əzmkarlıqla çalışmağa və idman uğurları ilə ölkəmizi layiqincə təmsil etməyə çağırıb. Daha sonra püşkatma mərasimi keçirilib və ilk oyunlara start verilib. Açılış qarşılaşmasında Təbiət elmləri və Riyaziyyat fakültəsinin komandası Kimya və ekologiya fakültəsinin komandası ilə üz-üzə gəlib. Yarışın növbəti mərhələlərində komandalar arasında mübarizə davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin