
İdman Akademiyası müəllimləri beynəlxalq tədbirdə çıxış ediblər
Ali təhsil müəssisələrimizdə elmi tədqiqatlar, müəllim heyətinin iştirakını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin elmi nailiyyətləri, akademik fəaliyyətdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Milli Elmlər Akademiyası və Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Türk Dövlətlərində Koqnitiv Dilçiliyin Bugünü və Gələcəyi” adlı I Beynəlxalq Simpozium keçirilib.
Direktor.az xəbər verir ki, simpoziumda Azərbaycan İdman Akademiyasının Menecment və ümumi fənlər kafedrasının baş müəllimi Mehriban Mönsümova “Media xəbər diskursunda dəqiqlik meyarının müəyyənləşdirilməsi”, həmin kafedranın ingilis dili müəllimi, doktorant Əlmusəvi Aydan “Xronotop bədii diskurs freymi kimi” mövzularında çıxış ediblər.
Beynəlxalq simpozium koqnitiv dilçilik sahəsində aktual elmi problemlərin müzakirəsi, müasir tədqiqat yanaşmalarının təqdim edilməsi və beynəlxalq elmi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin