
Tibb Universitetində “Elmi tədqiqatdan elmi məqaləyə” mövzusunda seminar keçirilib
Ali təhsildə elmi araşdırmalar, tələbələrin elmi-tədqiqat bacarıqlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərdə gənc alimlərin inkişafı, akademik fəaliyyətdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elmi tədqiqatdan elmi məqaləyə” mövzusunda maarifləndirici seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Seminar tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması və elmi nəticələrin nüfuzlu beynəlxalq jurnallarda dərc olunması istiqamətində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Tədbirdə ATU Tələbə Elmi Cəmiyyətinin rəhbəri, dosent Nərgiz Məmmədova müasir dövrdə tələbələrin elmi-tədqiqat fəaliyyətinə erkən mərhələdən cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O, elmi araşdırmaların nəticələrinin düzgün təhlili, sistemləşdirilməsi və elmi məqalə şəklində təqdim olunmasının gənc tədqiqatçıların formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Seminarın spikeri, biologiya üzrə fəlsəfə doktoru, dosent Fuad Rzayev “Elmi tədqiqatdan elmi məqaləyə” mövzusunda geniş və maraqlı təqdimatla çıxış edib. Məruzəçi elmi tədqiqatın əsas mərhələləri, elmi məqalənin hazırlanması prinsipləri, məqalənin strukturuna qoyulan tələblər, beynəlxalq elmi jurnalların seçilməsi və nəşr prosesində diqqət yetirilməli vacib məqamlar barədə iştirakçılara dəyərli məlumatlar verib.
Təqdimatdan sonra tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, elmi fəaliyyət və məqalə nəşri ilə bağlı fikir mübadiləsi aparılıb.
İnteraktiv formatda davam edən seminarın sonunda çıxış edən ATU Tələbə Elmi Cəmiyyətinin sədri Nigar Babayeva tələbələrə, xüsusilə I kurs tələbələrinə TEC-in fəaliyyəti, cəmiyyətə üzvlük qaydaları və tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması imkanları barədə məlumat verib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin