
SDU-nun müəllim və tələbələri Hadrutda keçirilən energetiklər yarışında iştirak ediblər
Ali məktəblərdə mühəndislik təhsili və təhsil-istehsalat əlaqələrini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdə praktiki kadr hazırlığı, tələbə layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Hadrutda “Azərişıq” ASC-nin təşkilatçılığı ilə “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının final mərhələsi keçirilib.
Direktor.az xəbər verir ki, tədbirdə Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələri qonaq qismində iştirak ediblər. Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində keçirilən yarışda iştirakçılar nəzəri biliklərini, praktiki bacarıqlarını və innovativ layihələrini nümayiş etdiriblər.
SDU nümayəndələrinin tədbirdə iştirakı tələbələrin energetika sahəsindəki yeniliklərlə tanışlığı və nəzəri biliklərinin praktiki təcrübə ilə əlaqələndirilməsi baxımından əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin