
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 18 Oktyabr –Müstəqilliyin Bərpası Günü qeyd olunub
Peşə məktəblərində tədrisin təşkili və təhsil sistemindəki yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Peşə təhsili, məktəb həyatından xəbərdar olmaq üçün bizi izləyin.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Direktor.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər müstəqilliyin və azadlığın milli dəyərindən bəhs edərək gənclərin dövlətçilik şüurunun formalaşmasının əhəmiyyətini, Azərbaycanın müstəqillik tarixindən, dövlətçilik ənənələrindən və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsindən danışıblar.
İnteraktiv formatda davam edən tədbirdə tələbələr müzakirələrə fəal qoşulub, sualları cavablandırıb və mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbirin keçirilməsində məqsəd tələbələrdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, dövlətçilik şüurunun möhkəmləndirilməsi və müstəqillik tariximizə marağın artırılması olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin