
AzTU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
Ali təhsil müəssisələrimizin beynəlxalq inteqrasiyası, elmi-akademik tərəfdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin qlobal əlaqələri, innovativ təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.
Direktor.az xəbər verir ki, forum çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) Özbəkistan Respublikasının yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb:
Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti;
Termez Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti;
Beynəlxalq Türk Dövlətləri Universiteti;
Cizzax Politexnik İnstitutu;
Səmərqənd Dövlət Universiteti;
Daşkənd Dövlət Nəqliyyat Universiteti;
Fərqanə Dövlət Universiteti.
Sənədləri AzTU-nun rektoru Vilayət Vəliyev və Özbəkistanın adıçəkilən ali təhsil müəssisələrinin rəhbərləri imzalayıblar. İmzalanan sənədlər təhsil, elmi tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq mühəndislik, nəqliyyat, energetika və informasiya texnologiyaları sahələrini əhatə edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin