
ADPU əməkdaşı YAP Gənclər Birliyinin İdarə Heyətinə üzv seçilib
Gənc müəllimlərin inkişafı, pedaqoji liderlik təşəbbüsləri, universitetlərin ictimai fəallığını izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrinin kadr potensialı, gənc mütəxəssislərin elmi-pedaqoji nailiyyətlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn məsələlərin müzakirəsi və gənclər siyasətinin strateji hədəflərinin müəyyənləşdirilməsi məqsədilə YAP Mərkəzi Aparatında toplantı keçirilib.
Direktor.az xəbər verir ki, toplantı çərçivəsində YAP Gənclər Birliyinin yeni İdarə Heyətinin formalaşdırılması ilə bağlı seçkilər keçirilib. İdarə Heyətinin üzvləri arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşı Tərlan Ağayev də yer alıb.
Tərlan Ağayev ADPU-nun Heydər Əliyev Mərkəzinin mütəxəssisi, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin tədbirlərin təşkili üzrə koordinatorudur, həmçinin Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri kimi fəaliyyət göstərir. O, tələbəlik illərindən etibarən tələbə təşkilatlarında və müxtəlif ictimai birliklərdə fəaliyyət göstərib, gənclərlə iş və təhsil liderliyi proqramlarında iştirak edib. Tərlan Ağayev Azərbaycan Universitetində müəllim kimi fəaliyyət göstərir, əvvəllər Xəzər Universitetində də pedaqoji fəaliyyətlə məşğul olub. Bakalavr və magistratura təhsilini fərqlənmə diplomları ilə başa vuran T. Ağayev hazırda tarix sahəsi üzrə doktorantura təhsili alır. O, bir metodik vəsaitin, iki dərs proqramının və beş elmi məqalənin müəllifidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin